Ən son xəbərlər:

18.09.2023/05:29/ Gələn həftə Zelenski ABŞ-da hər iki partiyanın liderləri ilə görüşmək niyyətindədir

Gələn həftə  Zelenski  ABŞ-da hər iki partiyanın liderləri ilə görüşmək niyyətindədir.

xeberaz.info xəbər verir ki, ABŞ gələn həftə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq. Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib.

İnanıram ki, əks-hücumunu və Rusiyanın hücumlarından müdafiəni davam etdirən Ukrayna üçün əlavə resurs və silahların ayrılması ilə bağlı açıqlama gələn həftə gözlənilə bilər, – Sallivan belə bildirib.

Bundan əvvəl ABŞ səlahiyyətliləri prezident Co Baydenin sentyabrın 21-də Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacağını bildirmişdilər.

Eyni zamanda Ağ Evdə bildirdikləri kimi, Zelenski Konqresdə Demokratik və Respublikaçılar partiyalarının liderləri ilə görüşmək niyyətindədir.