Ən son xəbərlər:

15.09.2023/16:42/ Tələbələrin təhsili Gürcüstan hökuməti üçün çox vacibdir

Tələbələrin təhsili Gürcüstan hökuməti üçün çox vacibdir.

xeberaz.info xəbər verir ki, Gürcüstan hökuməti təhsilini davam etdirmək imkanından müvəqqəti məhrum edilmiş 30 minə yaxın tələbənin universitetlərə olan maliyyə borclarını silmək qərarına gəlib. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

Yeni tədris ilinin başlanması barədə danışan Qaribaşvili bildirib ki, bu qərar statusun bərpasına gətirib çıxaracaq və tələbələrə təhsillərini davam etdirməyə imkan verəcək. Tələbələrin təhsili bizim hamımız üçün çox vacibdir, – o, belə vurğulayıb.

Hökumət başçısı təhsil və maliyyə nazirlərinə əlaqə yaratmağı və bu məsələni tez bir zamanda həll etməyi tapşırıb.