ABŞ səfirliyi iki diplomatın Rusiyadan çıxarılmasına cavab verəcəyini bildirib.
xeberaz.info xəbər verir ki, ABŞ hökuməti iki amerikalı diplomatın Rusiyadan çıxarılmasına cavab verəcək. Bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyindən bildirilib.
Diplomatik missiya əməkdaşları Devid Bernşteyn və Cefri Sillinə qarşı irəli sürülən ittihamlarla razı olmadığını qeyd edib.
Səfirliyin nümayəndəsi TASS-a müsahibəsində ABŞ hökuməti buna uyğun cavab verəcəyini deyib.
Xatırladaq ki, sentyabrın 14-də Bernşteyn və Sillin Rusiya Federasiyasında persona non-qrata elan edilmiş, Amerika diplomatik missiyasının rəhbəri Lin Treysi Xarici İşlər Nazirliyinə çağırılaraq demarş elan edilmişdi. Səfirliyin əməkdaşları Ukraynada xüsusi əməliyyatın gedişi barədə məlumat toplayan Robert Şonovla əməkdaşlıqda şübhəli bilinirlər.