Almaniya “Taurus” raketlərinin tezliklə Kiyevə çatdırılmasına razılıq verdi.
xeberaz.info xəbər verir ki, Bir-iki həftədən sonra Almaniya hökuməti Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin tədarükü ilə bağlı qərar verəcək. Bu barədə Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Vestfaliya sülhünə həsr olunmuş konfransda bildirib.
“Der Spiegel” yazdığına görə Bundestaqın üzvləri Ukraynaya “Taurus” raketlərinin verilməsi xahişi ilə Almaniya kansleri Olaf Şolsa, eləcə də Pistoriusa müraciət ediblər.
Eyni zamanda “Almaniya üçün Alternativ” partiyasından deputat Herold Otten xəbərdarlıq edib ki, Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün istifadə oluna bilən uzaqmənzilli “Taurus” raketlərinin tədarükü münaqişənin gərginləşməsinin növbəti mərhələsi ola bilər.