Ən son xəbərlər:

15.09.2023/15:08/ Əl-Qaidə Parisdəki nazirliyə hücum etməklə və İsveç səfirliyini dağıtmaqla İsveç və Fransanı hədələyib

Əl-Qaidə  Parisdəki nazirliyə hücum etməklə və İsveç səfirliyini dağıtmaqla İsveç və Fransanı hədələyib.

xeberaz.info xəbər verir ki, Əl-Qaidə terror qruplaşması Quran yandırma kampaniyasına görə İsveç və Fransa hakimiyyətini hücumlarla hədələyib.

Bu barədə “Le Figaro” yazır.

Ərəbistan yarımadasındakı Əl-Qaidə Parisdəki nazirliyə hücum etməklə və İsveç səfirliyini dağıtmaqla hədələyib, – nəşr belə yazır.

Nəşrin məlumatına görə, təhdidlər İsveçdə baş vermiş Quran yandırma hadisələri, eləcə də Fransada məktəblərdə müsəlman paltarı geyinməyə qadağa qoyulması ilə bağlıdır.

Bundan əvvəl İsveçin Malmö şəhərində Quranın yandırılması ilə bağlı aksiya keçirilib, aksiyada 200-ə yaxın insanın iştirak etdiyi bildirilib.