Ən son xəbərlər:

15.09.2023/14:59/ Kim Çen Inın Rusiyaya səfəri zamanı heç bir sənəd imzalanmayıb

Kim Çen Inın Rusiyaya səfəri zamanı heç bir sənəd imzalanmayıb.

xeberaz.info xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri zamanı KXDR ilə heç bir razılaşmanın imzalanmadığını bildirib.

Kreml nümayəndəsi vurğulayıb ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da daxil olmaqla heç bir saziş imzalanmayıb.

Xeyr, nə bu barədə, nə də başqa mövzularda heç bir saziş imzalanmayıb. Və belə planlar da olmayıb, – deyə Peskov bildirib.

Daha əvvəl Peskov bildirib ki, Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərini Şimali Koreya lideri Kim Çen Inla danışıqlar barədə məlumatlandırıb.