Ən son xəbərlər:

15.09.2023/06:42/ Fransızların çoxu 2027-ci ildə Le Penin Fransa prezidenti seçilə biləcəyinə inanır

Fransızların çoxu 2027-ci ildə Le Penin Fransa prezidenti seçilə biləcəyinə inanır.

xeberaz.info xəbər verir ki, Fransızların əksəriyyəti hesab edir ki, Milli Ralli parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində qalib gələ bilər. Bunu BFMTV kanalının sifarişi ilə Elabe sosioloji xidmətinin keçirdiyi sorğunun məlumatları sübut edir.

Belə ki, respondentlərin 61%-i 2027-ci ildə keçiriləcək seçkilərdən sonra Le Penin Fransanın yeni prezidenti ola biləcəyinə inanır. Onların 52%-i belə bir ssenarini mümkün hesab edir, 9%-i isə buna tam əmindir. Qeyd olunur ki, respondentlərin 48%-i onun prezident olmaq üçün lazım olan keyfiyyətlərə malik olduğunu görür.

Respondentlərin fikrincə, 2027-ci ildə keçiriləcək prezident seçkilərində Le Penə qalib gələ biləcək yeganə namizəd Fransanın keçmiş baş naziri, Le Havre (ölkənin şimal-qərbi) meri Eduard Filippdir. Respondentlərin 58%-i belə düşünür, 18%-i isə buna tam əmindir.