NASA anomal hadisələrin mahiyyətini araşdırmaq üçün direktor təyin edir.
xeberaz.info xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) hələlik naməlum anomal hadisələrin mahiyyətini müəyyən edə bilmir və bu məsələni araşdırmaq üçün direktor təyin edir.
NASA-nın müstəqil komandası naməlum anomaliyaların yerdən kənar mənşəli olduğuna dair heç bir sübut tapmayıb.
Bununla belə, biz hələ də naməlum anomal hadisələrin nə olduğunu bilmirik, ona görə də mən elan edirəm ki, NASA yerdənkənar anomal hadisələrin tədqiqi üçün direktor təyin edir, – NASA-nın administratoru Bill Nelson agentliyin qeydə alınmış UFO müşahidələrini izah etmək üçün apardığı araşdırmaların nəticələrinə dair mətbuat konfransında belə bildirib.