Ən son xəbərlər:

15.09.2023/06:21/ KXDR Rusiyaya hərbi yardım göstərəcəyi təqdirdə sanksiyalara məruz qalacaq

KXDR Rusiyaya hərbi yardım göstərəcəyi təqdirdə sanksiyalara məruz qalacaq.

xeberaz.info xəbər verir ki, Şimali Koreyanın Rusiyaya hərbi yardım göstərəcəyi təqdirdə Aİ tərəfindən sanksiyalara məruz qalacaq.

Pxenyanın Moskvaya hərbi yardım göstərəcəyi təqdirdə Avropa İttifaqı Şimali Koreyaya qarşı tədbirlər görməyə hazırdır. Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında icmanın xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano deyib.

Şimali Koreyanın Rusiyaya hər hansı yardım göstərməsi nəticəsiz qalmayacaq. Biz müvafiq tədbirlərlə cavab verməyə hazırıq, – Stano belə bildirib.