Ən son xəbərlər:

15.09.2023/06:07/ Venesiyaya təhlükə altında olan mədəniyyət abidələri irsi statusu verilməyəcək

Venesiyaya təhlükə altında olan mədəniyyət abidələri irsi  statusu verilməyəcək.

xeberaz.info xəbər verir ki, Venesiya təhlükə altında olan mədəniyyət abidələri siyahısına daxil edilməyəcək. Bu qərar YUNESKO-nun Mədəni İrs Komitəsinin Ər-Riyadda keçirilən iclasında qəbul edilib.

“Le Monde” qəzetinin yazdığına görə, ekspertlər “həddən artıq turist axını və qlobal istiləşmənin” tarixi şəhər üçün yaratdığı təhlükə səbəbindən Venesiyanın siyahıya daxil edilməsini təklif ediblər.

Mütəxəssislər səbəblərdən biri kimi Venesiya mədəni irsinin qorunması üçün İtaliyada görülən tədbirlərin qeyri-kafi miqyasını da göstəriblər.