Ən son xəbərlər:

15.09.2023/05:15/ Yaponiya G7 qrupunun sədri kimi Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Yaponiya G7 qrupunun sədri kimi Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

xeberaz.info xəbər verir ki, Yaponiya Yeddilik Qrupunun (G7) sədri kimi Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları davam etdirəcək, lakin Rusiya Federasiyasına qarşı siyasət qurarkən öz milli maraqlarından çıxış etmək niyyətindədir. Bunu hökumət dəyişikliyi zamanı Yaponiyanın xarici işlər naziri postunu tutmuş Yoko Kamikava deyib.

Ölkəmiz G7-nin sədri kimi Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi kimi diplomatik səylərini davam etdirəcək, – Kamikava ilk mətbuat konfransında belə deyib və eyni zamanda bildirib ki, Yaponiya və Rusiya Federasiyası qonşudur.

Onun sözlərinə görə balıqçılıq və dəniz təhlükəsizliyi, iqtisadi fəaliyyət kimi elə problemli məsələlər var ki, onlara qonşu kimi reaksiya verilməlidir. Kamikava əlavə edib ki, bu məsələlərlə bağlı biz xarici siyasətimizdə milli maraqlarımızı nəyin önə çəkdiyinə əsaslanaraq müvafiq şəkildə cavab verəcəyik.