Honq-Konqda leysan yağışlar səbəbindən məktəblər bağlandı.
xeberaz.info xəbər verir ki, TASS yerli mətbuata istinadən xəbər verir ki, Honq-Konq hakimiyyəti yağışlar səbəbindən məktəblərdə dərsləri ləğv edib.
Honq-Konq Meteoroloji Rəsədxanası kəskin hava şəraiti ilə əlaqədar yerli vaxtla səhər tezdən “qırmızı” tufan xəbərdarlığı edib.
Fırtına xəbərdarlığı hazırda qüvvədə olduğundan, bütün məktəblərdə dərslər cümə axşamı günü dayandırılıb, – hökumətin bəyanatında belə vurğulanır.
Sinoptiklərin fikrincə, şəhərə saatda 50 millimetrdən çox yağıntı düşməlidir. Güclü yağışlar yolların su basmasına və tıxaclara səbəb ola bilər. Mütəxəssislər bəzi ərazilərdə daşqın ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.