Ən son xəbərlər:

14.09.2023/16:19/ Boris Conson ABŞ-ı ATACMS raketlərini Ukraynaya göndərməyə çağırıb

Boris Conson ABŞ-ı ATACMS raketlərini Ukraynaya göndərməyə çağırıb.

xeberaz.info xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya Silahlı Qüvvələrinin HIMARS MLRS-ə qarşı effektiv mübarizə apardığını etiraf edib və həmçinin ABŞ-ı Ukraynaya uzun mənzilli ATACMS raketlərini göndərməyə çağırıb. O, bu barədə “Spectator” jurnalı üçün yazdığı məqaləsində məlumat verib.

“Ukraynalılar ABŞ-ın hələ təmin etmədiyi uzaqmənzilli ATACMS raket sistemlərini istəyir və onlara ehtiyac duyur, həmçinin onlara Britaniyanın “Storm Shadow” kimi daha çox raket sistemlərinə ehtiyacı var, – Conson belə deyib.

O, həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları əvvəllər gözlənildiyindən xeyli ləng gedir. Onun sözlərinə görə, Kiyevə hava məkanını qorumaq üçün MANPADS və Patriot hava hücumundan müdafiə sistemləri də lazımdır.

Conson əlavə edib ki, Birləşmiş Ştatların minlərlə ATACMS anbarı var, onların bir hissəsini Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə ötürə bilər.