Ən son xəbərlər:

14.09.2023/15:44/ Avropa İttifaqı artıq rusiyalı iş adamlarını oliqarx adlandırmayacaq

Avropa İttifaqı artıq rusiyalı iş adamlarını oliqarx adlandırmayacaq.

xeberaz.info xəbər verir ki, Avropa İttifaqının hakimiyyət orqanları fərdi sanksiyalar tətbiq edərkən rusiyalı iş adamlarını artıq “oliqarx” adlandırmayacaqlar.

TASS xəbər verir ki, Aİ Şurası Rusiyada qara siyahıda olan 140 fiziki və 41 hüquqi şəxs haqqında məlumatlara dəyişiklik edib.

Aİ-nin rəsmi jurnalının hazırkı versiyasına görə, Rusiya vətəndaşlarının təsvirlərində “oliqarx” ifadəsi indi aparıcı iş adamı ifadəsi ilə əvəzlənib.