Ən son xəbərlər:

14.09.2023/15:24/ 2024-cü ildə Kiyev Vaşinqtondan 12 milyard dollardan 14 milyard dollara qədər vəsait almağa ümid edir

2024-cü ildə Kiyev Vaşinqtondan 12 milyard dollardan 14 milyard dollara qədər vəsait almağa ümid edir.

xeberaz.info xəbər verir ki, Ukrayna Dünya Bankının trast fondu vasitəsilə ABŞ-dan 1,25 milyard dollar alacaq, vəsait dövlət qulluqçularına və bir sıra digər kateqoriyadan olan ukraynalılara dəstək üçün istifadə olunacaq.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Vəsait əhalinin həssas təbəqələrinə, habelə dövlət işçilərinə, müəllimlərə, həkimlərə və ilkin tibbi yardım göstərənlərə dəstək olmaq üçün istifadə olunacaq, – məlumatda belə deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna və ABŞ Dünya Bankının Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində dövlət büdcəsindən Vaşinqtondan qrantın cəlb edilməsinə dair danışıqlar protokolu imzalayıb.

Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyindən bildiriblər ki, 2024-cü ildə Kiyev dövlət büdcəsinin maliyyələşdirilməsi üçün Vaşinqtondan 12 milyard dollardan 14 milyard dollara qədər vəsait almağa ümid edir.