Ən son xəbərlər:

14.09.2023/14:46/ Bolqarıstan Ukraynadan taxıl idxalına qoyulan qadağanı ləğv edib

Bolqarıstan Ukraynadan taxıl idxalına qoyulan qadağanı ləğv edib.

xeberaz.info News 24/7 portalınaistinadən xəbər verir ki, Bolqarıstan parlamenti sentyabrın 15-dən sonra Ukrayna taxılının idxalına qoyulan qadağanın ləğvinə səs verib.

Bolqarıstan Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalını qadağan edən fövqəladə tədbirin 2023-cü il sentyabrın 15-dən sonra davam etdirilməsini dəstəkləmir, – nəşr belə yazır.

Qadağanın aradan qaldırılmasının lehinə 129 deputatın səs verdiyi, 69 nəfərin əleyhinə olduğu, 8 nəfərin isə cavab verməkdə bitərəf qaldığı bildirilir.

Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Ukrayna taxılının idxalına qoyulan qadağanın uzadılması məsələsi ilə bağlı Avropa Komissiyasına ultimatum göndərdiyini bildirmişdi.

Bir sıra Aİ ölkələrinin nəyə görə Ukraynadan taxıl idxalına qadağaya nail olmaq niyyətində olduğu da bildirilib.