Ən son xəbərlər:

14.09.2023/12:46/ Bütün ölkələrin nümayəndələri daha yaxşı gələcək naminə əməli qərarlar qəbul etmək üçün birləşməlidirlər

Bütün ölkələrin nümayəndələri daha yaxşı gələcək naminə əməli qərarlar qəbul etmək üçün birləşməlidirlər.

xeberaz.info xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gedən dünya liderlərini kompromislərə nail olmağa çağırıb. Onun fikrincə, bütün ölkələrin nümayəndələri daha yaxşı gələcək naminə əməli qərarlar qəbul etmək üçün birləşməlidirlər.

Həqiqi, praktik qərarlar qəbul etmək üçün bir araya gəlməyin vaxtıdır. Daha yaxşı gələcək üçün güzəştə getməyin vaxtıdır. Siyasət kompromisdir. Diplomatiya kompromisdən ibarətdir. Əgər biz bərabərlik və həmrəyliyə əsaslanan sülh və firavanlıq gələcəyini istəyiriksə, liderlərin ortaq gələcəyimizi dizayn edərkən kompromis əldə etmək üçün xüsusi məsuliyyəti var,– cənab Quterreş mətbuat konfransında belə bildirib

BMT Baş Assambleyasının 78-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi sentyabrın 19-da Nyu-Yorkda başlayacaq və sentyabrın 26-dək davam edəcək.