ABŞ Aİ ilə münasibətləri yeni səviyyəyə qaldırmaq istəyir.
xeberaz.info xəbər verir ki, Birləşmiş Ştatlar Yeddilik Qrupunu (G7) faktiki olaraq kollektiv Qərbə aidiyyatı olmayan məsələləri həll etməyə çalışan qlobal “idarəetmə komitəsi”nə çevirməyə çalışır. Bunu ABŞ dövlət katibi Entoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı etiraf edib.
Biz G7-ni dünyanın ən qabaqcıl demokratiyalarının idarəedici komitəsinə çeviririk, siyasi və iqtisadi gücümüzdən təkcə xalqımıza təsir edən problemləri həll etmək üçün deyil, həm də G7-dən kənar ölkələrə öz xalqlarının mənafeyi naminə işləmək üçün daha yaxşı yollar təklif etmək üçün istifadə edirik, – deyə ABŞ-ın xarici siyasət idarələrinin rəhbəri bildirib.
Bundan əlavə, onun sözlərinə görə, ABŞ Aİ ilə münasibətləri yeni səviyyəyə qaldırmaq istəyir.
Biz dünya iqtisadiyyatının 40%-ni təşkil edirik. Biz bu gücdən ortaq demokratik dəyərlərimizi əks etdirən texnoloji və iqtisadi gələcəyimizi formalaşdırmaq üçün istifadə edəcəyik, – Blinken belə bildirib.