Azərbaycan ordusunun Ağdam istiqamətindəki mövqeləri intensiv atəşə tutulub.
xeberaz.info xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi respublika ordusunun Qarabağdakı mövqelərinin intensiv atəşə tutulduğunu açıqlayıb.
Sentyabrın 13-də saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun Ağdam istiqamətindəki döyüş mövqelərini intensiv atəşə tutublar.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri lazımi tədbirləri görüb.