Tokionun Tayvana göndərdiyi daimi əməkdaşı yerli hakimiyyət orqanları ilə əlaqə saxlamaqla məşğul olacaq.
xeberaz.info xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi faktiki olaraq Tayvanda Tokio səfirliyi kimi fəaliyyət göstərən Yaponiya-Tayvan Mübadilə Cəmiyyətinin Taypeydəki nümayəndəliyinə daimi olaraq işçi göndərdi. Kyodo xəbər agentliyinin məlumatına görə, məmur məlumat toplamaq və yerli hakimiyyət orqanları ilə əlaqə saxlamaqla məşğul olacaq.
Yaponiyanın Tayvanla diplomatik əlaqələri yoxdur və onu rəsmi olaraq Çin Xalq Respublikasının bir hissəsi hesab edir. Bununla belə, Taypeydəki nümayəndəlikdə Yaponiya Xarici İşlər Nazirliyinin və digər idarələrin əməkdaşları çalışır. İndiyədək Yaponiya Özünümüdafiə Qüvvələrinin istefada olan keçmiş zabiti də orada daimi əsasda işləyib, faktiki olaraq hərbi attaşe kimi fəaliyyət göstərirb. İndi bu ilin yazından ona Müdafiə Nazirliyinin mülki işçisi də əlavə olunub.