Şimali Koreyanın Yapon dənizinə doğru atdığı ballistik raketlər eksklüziv iqtisadi zonadan kənara düşüb.
xeberaz.info xəbər verir ki, Şimali Koreya Yapon dənizinə doğru iki ballistik raket atıb. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Onun məlumatına görə, raketlər müvafiq olaraq təxminən 350 və 650 km uçub. Hər iki raket Yaponiyanın Yapon dənizindəki eksklüziv iqtisadi zonasından kənara düşüb.
Pxenyanın raket atması nəticəsində hər hansı dağıntı barədə məlumat verilməyib