Ən son xəbərlər:

13.09.2023/17:17/ Türkiyənin şimalında Zonquldak vilayətində mədən çökməsi nəticəsində 4 nəfər yaralanıb

Türkiyənin şimalında Zonquldak vilayətində mədən çökməsi nəticəsində 4 nəfər yaralanıb.

xeberaz.info xəbər verir ki, Türkiyənin Zonquldak vilayətində yerləşən mədəndə çökmə baş verib. Bu barədə yerli TRT Haber telekanalı məlumat yayıb.

Materialda göstərildiyi kimi, mədən Ereğli şəhəri yaxınlığında yerləşir. Eyni zamanda, hakimiyyət artıq hadisə yerinə həkim və təcili tibbi yardım briqadalarını göndərib, telekanal adisəyə aydınlıq gətirib.

Şaxtanın içərisində 280 nəfər qalıb, 4 nəfər yaralanıb, – əyalət qubernatoru Osman Hacıbektaşoğlu belə bildirib. O, əlavə edib ki, bir işçi ağır yaralanıb.