Ən son xəbərlər:

13.09.2023/17:00/ Bratislavada Slovakiyanın keçmiş baş naziri ilə keçmiş daxili işlər naziri dalaşıb

Bratislavada Slovakiyanın keçmiş baş naziri ilə keçmiş daxili işlər naziri dalaşıb.

xeberaz.info xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada ölkənin keçmiş baş naziri İqor Matoviçlə keçmiş daxili işlər naziri Robert Kaliniyak arasında dava düşüb. Bu barədə “Evropien pravda” davanın videosunu dərc edən Pravda.sk portalına istinadən xəbər verir.

İnsident parlament binası qarşısında Smer-SD partiyasının qeyri-qanuni miqrasiya mövzusunda təşkil etdiyi mətbuat konfransı zamanı baş verib.

OL’ANO partiyasının lideri İqor Matoviç mətbuat konfransına səs gücləndiriciləri olan avtomobillə gəlib. Matoviçlə Kaliniyak arasında qarşıdurma keçmiş daxili işlər nazirinin keçmiş baş nazirin əlindən mikrofonu qoparmaq istəməsindən sonra baş verib.

Matoviç Kaliniakın sinəsindən təpiklə vurub. Buna cavab olaraq o, Smer-SD partiyasının digər üzvündən sifət nahiyəsindən zərbə alıb.

Polis münaqişəyə müdaxilə etməli olub. Bundan sonra Matoviç hadisə yerini tərk edib.

Hadisə Slovakiyada sentyabrın 30-da keçiriləcək növbədənkənar parlament seçkilərinə az qalmış baş verib.