Ən son xəbərlər:

13.09.2023/16:43/ Onlar Finlandiyanın keçmiş baş naziri Sanna Marini öldürməyi planlaşdırıbmışlar

Onlar Finlandiyanın keçmiş baş naziri Sanna Marini öldürməyi planlaşdırıbmışlar.

xeberaz.info xəbər verir ki, “The Times” qəzeti Lahti şəhərində keçirilən məhkəmə prosesi ilə bağlı məlumat yayıb. İfrat sağçı qrupdan olan dörd nəfərin keçən avqust ayında Finlandiya paytaxtından 100 km aralıda yerləşən şəhəri ziyarət edən Sanna Marinin qətlini planlaşdırdığı deyilir. Onlar terror aktı törətməkdə, habelə odlu silah hazırlamaq üçün 3D printerdən istifadə etməkdə ittiham olunurlar. Polis axtarışlar zamanı potensial qurbanların, o cümlədən parlament üzvlərinin, antifaşist fəalların və azlıqların nümayəndələrinin siyahısını aşkar edib.

Sanna Marin 2019-cu ildən Finlandiyanın baş naziri vəzifəsini icra edib. Aprelin əvvəlində ölkədə parlament seçkiləri keçirildi və onun Sosial Demokrat Partiyası üçüncü yeri tutdu. Bundan sonra Marin istefa ərizəsini hökumətə təqdim edib. Aprelin 5-də o, SDP sədri postunu tərk etmək niyyətində olduğunu bəyan edib, sentyabrın 12-də isə deputatlıqdan istefa verib.