Avropa İttifaqı Ukraynanı daha 4 il maliyyələşdirəcək.
xeberaz.info xəbər verir ki, AK Ukraynaya 50 milyard avro dəyərində daha bir yardım paketi hazırlayır. Bunu Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında çıxışı zamanı AK prezidenti Ursula fon der Leyen deyib.
Biz investisiya və islahatlar üçün dörd il ərzində 50 milyard avro təklif etmişik, – deyə von der Leyen bildirib. O vurğulayıb ki, bu cür dəstək Ukraynaya gələcəkdə müasir və firavan ölkəni yenidən qurmağa imkan verəcək.