Ötən cümə günü Mərakeşdə 6,9 bal gücündə zəlzələ olub.
xeberaz.info xəbər verir ki, Mərakeş kralı VI Məhəmməd Mərakeşdə zəlzələ qurbanlarının müalicə olunduğu xəstəxanaya baş çəkib. Səfər zamanı o, qan da verib.
Monarx xəstəxananın həkimləri ilə söhbət edib və xəsarət alanların səhhətinin vəziyyəti ilə bağlı bir sıra suallar verib. O, həmçinin Universitet Hospital Mərkəzini də gəzib. Yerli medianın qeyd etdiyi kimi, VI Məhəmmədin xəstəxanaya səfəri “Əlahəzrətlə xalqın yaxşı və pis gündə həmrəyliyini nümayiş etdirir, həmçinin krallığa böhranların öhdəsindən gəlməyə imkan verir.
Bundan əvvəl Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayının 2862 nəfərə çatdığı, 2562 nəfərin xəsarət aldığı bildirilirdi. Hazırda axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri dağıntılar altında qalan ölü və yaralıların axtarışlarını davam etdirir.
Xatırladaq ki, ötən cümə günü Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.