Ən son xəbərlər:

13.09.2023/15:34/ Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edib

Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edib.

xeberaz.info xəbər verir ki, Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinin binasını heç bir şərh vermədən tərk edib. TASS bu barədə xəbər verir.

Diplomatın səfəri 20 dəqiqədən çox davam edib.

Bundan əvvəl Vitali Denisov Moldovadan deportasiya edildiyini və onun on il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə əmr aldığını açıqlamışdı.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moldovanın Moskvadakı müvəqqəti işlər vəkili insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.