Ən son xəbərlər:

13.09.2023/07:36/ Ukraynalı qaçqınlar Macarıstanda rahat və təhlükəsiz yaşaya bilərlər

Ukraynalı qaçqınlar Macarıstanda rahat və təhlükəsiz yaşaya bilərlər.

xeberaz.info xəbər verir ki, Macarıstan hərbi xidmətə çağırışdan yayınan və Macarıstan ərazisində qaçqınlar arasında qalan bu ölkənin vətəndaşlarını Ukrayna hakimiyyətinə təhvil verməyəcək.

Bunu Macarıstanın baş nazirinin müavini Zolt Şemyen Avstriyanın da Ukraynanın hərbi xidmətdən yayınanları ekstradisiya etməkdən imtina etməsi, Polşanın isə əksinə, Kiyevin tələbi ilə onları Ukraynaya təhvil verməyə başlaması ilə bağlı yerli mətbuatda yayılan xəbərləri şərh edərkən belə bildirib.

Biz ukraynalı qaçqınların heç birini hərbi xidmətə çağırılıb-çağrılmadığını öyrənmək üçün araşdırmırıq. Macarıstan onların Ukraynaya ekstradisiyasında iştirak etmir, – “Hungary Today” qəzeti baş nazirin müavinindən sitat gətirib.

“Ukraynadan olan bütün qaçqınlar Macarıstanda özlərini təhlükəsiz hiss edə bilərlər. Biz onları və ya onların məlumatlarını heç kimə ötürməyəcəyik”, – deyə hökumət başçısının müavini vurğulayıb.