Netanyahu yaxın günlərdə Zelenski ilə görüşə bilər.
xeberaz.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu və Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində görüşə bilərlər. Bu barədə çərşənbə axşamı Yəhudi Dövlətinin Ukraynadakı səfiri Mixail Brodski bildirib.
Netanyahu-Zelenski görüşü yaxın günlərdə Nyu-Yorkda baş tutacaq. İki ölkənin liderləri BMT Baş Assambleyasının iclasında iştirak edəcəklər, – diplomat özünün Telegram kanalında belə yazıb.