Ən son xəbərlər:

13.09.2023/07:20/ Litva ölkəyə daxil olan Rusiya qeydiyyatından keçmiş avtomobilləri müsadirə edəcək

Litva ölkəyə daxil olan Rusiya qeydiyyatından keçmiş avtomobilləri müsadirə edəcək.

xeberaz.info xəbər verir ki, Litva gömrük orqanları Avropa Komissiyasının Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə bağlı son şərhinə uyğun olaraq, ölkəyə daxil olan Rusiya qeydiyyatından keçmiş avtomobilləri müsadirə edəcək. Bu barədə Baltik Respublikası Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite milli LRT radiosuna müsahibəsində bildirib.

Sərhədi keçən hər bir şəxs, istər Rusiyada, istərsə də Aİ vətəndaşı, Rusiyada qeydiyyatda olan dövlət nömrə nişanlı və Kalininqrada tranzitlə getdiyini təsdiq edən sənədləri olmayan hər kəs bilməlidir ki, onun avtomobili müsadirə olunacaq, – Bilotaite belə deyib.