ABŞ Dövlət Departamentinin əməkdaşı həbs edilib.
xeberaz.info xəbər verir ki, ABŞ Dövlət Departamenti və Ədliyyə Departamentinin əməkdaşı Abraham T. Lemma Efiopiya üçün casusluq ittihamı ilə həbs edilib. Bu barədə “The New York Times” rəsmilərə istinadən məlumat yayıb.
Qeyd edildiyi kimi, Baltimor Universitetinin məzunu, eyni zamanda 2019-cu ildən Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətində yarımştat işləyən 50 yaşlı analitik avqust ayında həbs edilib. O, Casusluq Aktı ilə iki ittihamla üzləşib; Vaşinqton Federal Dairə Məhkəməsində mühakimə olunan işin təfərrüatları hələ açıqlanmır.
Lemmanın hansı növ məlumatı və hansı müddət ərzində ötürə biləcəyi barədə məlumat verilmir.