İsveç hakimiyyəti Gripen qırıcılarının Kiyevə göndərilməsi şərtlərinə baxacaq.
xeberaz.info xəbər verir ki, İsveç hökuməti Müdafiə Nazirliyinə “Qripen” qırıcılarının Ukraynaya veriilməsi şərtlərinə baxmağı tapşırmaq niyyətindədir.
İsveç hakimiyyət orqanları təyyarələrin təhvil verilməsinin ölkənin müdafiə qabiliyyətinə necə təsir edəcəyini və əvəzedici qırıcıların qəbulunun nə qədər tez mümkün olacağını anlamaq istəyir.
İsveç rəsmiləri həmçinin ukraynalı pilotların və digər kadrların necə hazırlanmasını anlamaq istəyirlər.
Avqustda Krallığın baş naziri Ulf Kristersson bildirmişdi ki, İsveç Ukraynaya “Gripen” qırıcı təyyarələri verməyi planlaşdırmır.