Ən son xəbərlər:

12.09.2023/17:36/ Almaniya Hindistandan aldığı Rusiya neftinin həcmini 12 dəfə artırıb

Almaniya Hindistandan aldığı Rusiya neftinin həcmini 12 dəfə artırıb.

xeberaz.info xəbər verir ki, Almaniya hökuməti Hindistan vasitəsilə Rusiya neftinin alışını 12 dəfə artırıb. Bu barədə “Der Spiegel” jurnalı rəsmi statistikaya istinadən yazır.

Qeyd olunur ki, Almaniya Hindistandan yanacaq alır, o da öz növbəsində Rusiyadan xam neft alır.

Jurnalın məlumatına görə, Hindistandan tədarük edilən neftin dəyəri keçən il 37 milyon avrodan 2023-cü ildə 451 milyon avroya yüksəlib.

Bundan əvvəl Braziliya gömrüyünün statistikası göstərmişdi ki, avqust ayında Rusiya Braziliyaya neft məhsullarının ixracını 920 min tona çatdırıb ki, bu da ən yaxın rəqibi ABŞ-ın tədarük etdiyindən üç dəfə çoxdur.