Blinkenin Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlara dair bəyanatını Lavrov qəribə adlandırıb.
xeberaz.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya ilə Ukrayna arasında mümkün danışıqlara dair bəyanatını oxuduğunu, bunu qəribə hesab etdiyini bildirib. TASS bu barədə bildirir.
Mən bu bəyanatı oxudum. Bu, həqiqətən qəribədir, – Lavrov belə deyib.
O xatırladıb ki, təxminən bir il əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə hər hansı danışıqları qadağan edən fərman imzalayıb.
Nazirin sözlərinə görə, əgər Ukrayna rəhbərliyini “istiqamətləndirən” şəxslər ukraynalıların danışıqlara hazır olması barədə qərar qəbul ediblərsə, ilk addım olaraq bu fərmanı ləğv etmək lazımdır.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Moskva və Kiyev arasında sülh danışıqlarının başlanması üçün ədalətli şərt Ukraynanın ərazi bütövlüyünün tanınması olmalıdır.