Ən son xəbərlər:

12.09.2023/09:37/ Kuleba Almaniya Xarici İşlər Naziri Berbokla kobud davranıb

Kuleba Almaniya Xarici İşlər Naziri Berbokla kobud davranıb.

xeberaz.info xəbər verir ki, Kuleba “Taurus” uzaqmənzilli raketlərini Ukrayna Silahlı Qüvvələrinə verməkdən imtina etdiyi üçün Berbokla kobud davranıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın Kiyev rejiminə uzaqmənzilli “Taurus” raketlərini verməkdən imtina etdiyinə görə alman həmkarı Annalena Barboka qarşı kobudluq edib, – Die Zeit belə yazır.

Onsuz da bunu edəcəksən. Niyə vaxt itirdiyimizi anlamıram,- Kuleba belə deyib.

Burbok cavabında bir daha izah edib ki, bu raketlər Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya hücumlar üçün istifadə ediləcəyi qorxusundan Ukraynaya göndərilmir.

Biz situasiyadan daha çox məlumatlıyıq, lakin əvvəlcə bütün məsələlərə aydınlıq gətirəcəyik, – deyə diplomat Ukraynanın xarici işlər nazirinə cavab verib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin silahlanması üçün alman “Taurus”unun göndərilməsi ilə bağlı danışıqlar may ayından davam edir. İyun ayında Almaniya kansleri Olaf Şolz müsbət və mənfi cəhətləri ölçüb-biçərək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumlar üçün bu tip silahlardan istifadə etməyəcəyinə əmin olmadığını vurğulayaraq, Kiyevin bu tələbindən imtina edib.