Kiyev ATACMS raketlərinin alınması üçün BMT-nin Baş Assambleyasından razılıq almaq istəyir.
xeberaz.info xəbər verir ki, Kiyev rejimi uzaq mənzilli ATACMS raketlərinin al;nmas; üçün ABŞ-dan razılıq almaq ümidini itirməyib. Bu barədə “Politico” mənbələrə istinadən yazır.
Ukrayna ABŞ-ı gələn həftə Bayden və Vladimir Zelenskinin də iştirak edəcəyi BMT Baş Assambleyasına ATACMS təchizatlarına yaşıl işıq yandırmağa sövq edir, – məqalədə belə deyilir.
Əvvəllər bildirilmişdi ki, Ağ Evdə Ukrayna ordusuna ATACMS-ların verilməsi məsələsi ilə bağlı müzakirələr hələ də davam edir.
Sentyabrın 19-dan 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi keçiriləcək. Konqresdə 99 dövlət başçısı, 48 baş nazir və 32 xarici işlər nazirinin iştirakı gözlənilir.