Estoniya və Latviya birlikdə Almaniyadan hava hücumundan müdafiə sistemləri alacaq.
xeberaz.info xəbər verir ki, Estoniya və Latviya Almaniyanın IRIS-T hava hücumundan müdafiə sistemlərinin birgə alınmasına dair 400 milyon avroluq müqavilə imzalayıb. Bu barədə Estoniyanın ERR dövlət televiziya və radio portalı dövlət müdafiə investisiya mərkəzinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, 400 milyon avroluq müqavilə Estoniya tarixində ən böyük müdafiə müqaviləsi olacaq.
Bu, həm Estoniyanın milli müdafiəsi, həm də Estoniya-Latviya müdafiə əməkdaşlığı üçün tarixi əhəmiyyətə malik və misilsiz miqyaslı layihədir, – ERR Estoniyanın müdafiə naziri Hanno Pevkurdun sözlərini sitat gətirib.