İqlim dəyişikliyi dünyanın sonuna gətirib çıxarmayacaq.
xeberaz.info xəbər verir ki, Amerikalı sahibkar İlon Musk hesab edir ki, iqlim dəyişikliyi dünyanın sonuna gətirib çıxarmayacaq. Bu barədə o, sosial şəbəkədəki X (“x”, əvvəllər Twitter) səhifəsində yazıb.
İqlim dəyişikliyi bildiyimiz kimi dünyanın sonunu mütləq gətirməyəcək. İnsanlar səylə işləməyə davam etsələr, bəşəriyyət nəhayət dayanıqlı enerji problemini həll edəcək, – Mask belə yazıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, bəşəriyyətin üzləşdiyi əsas ekzistensial təhlükə nüvə müharibəsi ehtimalı deyil, qlobal istiləşmə ola bilər.