Avropada iqtisadi vəziyyət ABŞ-a nisbətən daha çətindir.
xeberaz.info xəbər verir ki, Avropada iqtisadi vəziyyət inflyasiyanın azalmağa başladığı ABŞ-dan daha mürəkkəbdir. Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, Avropanın böyül əksəriyyəti özlərini ABŞ-dan daha çox pis hiss edirlər. Yellen həmçinin ABŞ və iqtisadi inkişafın zəifləməsi ilə bağlı narahatlıqların daha çox olduğu avro zonası arasında iqtisadi inkişafdakı fərqlərin olduğunu qeyd edib.
Onun sözlərinə görə, ABŞ-da inflyasiya həqiqətən də azalır və işdən çıxarılanların sayı isə bir qədər artıb.
Bundan öncə Yellen qeyd edib ki, ABŞ-da tənəzzül ehtimalı azalıb, lakin bu, riskin olmadığı anlamına gəlmir.