ABŞ G20 ölkələrinin Ukrayna ilə bağlı mövqelərini yumşaltdığına inanmır.
xeberaz.info xəbər verir ki, Birləşmiş Ştatlar 20-lik Qrupu (G20) ölkələrinin sammitdən sonra sənəddə Ukrayna ilə bağlı mövqelərini yumşaltdığına inanmır. Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsində deyib.
Birləşmiş Ştatlar bu dilin G20-nin Ukrayna ilə bağlı bəyanatını hansısa şəkildə yumşaltdığına inanmır. Aydındır ki, ABŞ və digər ölkələri qane edəcək dil tapmaq çətin idi, lakin, bəyanatın mahiyyəti çox güclü idi, – Yellen belə bildirib.
Bundan əvvəl İyirmilik Qrupunun liderləri Yeni Dehlidə keçirilən sammitdən sonra icma üzvləri arasında Ukraynadakı vəziyyətlə bağlı fikir və qiymətləndirmələrdə fərqliliyi tanıyan bəyanat qəbul ediblər. Onlar bütün dövlətləri beynəlxalq hüququn, o cümlədən suverenlik və ərazi bütövlüyü ilə bağlı prinsiplərə riayət etməyə çağırıb, həmçinin münaqişələrin sülh yolu ilə həllinin və dialoqun vacibliyini qeyd ediblər.