Ən son xəbərlər:

11.09.2023/18:34/ Kim Çen In zirehli qatarla Rusiyaya gedir

Kim Çen In zirehli qatarla Rusiyaya gedir.

xeberaz.info xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Rusiya Federasiyasına səfərə gedir. Euronews bir sıra nəşrlərə istinadən yazır ki, KXDR lideri Rusiyaya yollanır və orada prezident Vladimir Putinlə görüşəcək.

Nəşrin məlumatına görə, Kim Çem Inın zirehli qatarı ötən gün axşam saatlarında Pxenyanı tərk edib.

Kremlin mətbuat xidməti tərəflərin görüşünün harada keçiriləcəyi ilə bağlı dəqiq məlumat verməyib. Bununla belə, onlar danışıqların yaxın gələcəkdə aparılacağını qeyd ediblər.

Şimali Koreya lideri sonuncu dəfə 2019-cu ildə Rusiyanın Vladivostok şəhərində olub.