Gürcüstan sentyabrın 11-dən Çin vətəndaşları üçün vizaları ləğv edir.
xeberaz.info xəbər verir ki, Gürcüstan Çin vətəndaşları üçün vizaları ləğv etmək qərarına gəlib. TASS bu barədə ölkənin baş naziri İrakli Qaribaşviliyə istinadən məlumat yayıb.
Biz bu gündən etibarən Çin vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəldik, – o, hökumətin iclasında belə deyib.
Qaribaşvili iyulun sonunda Çinə səfər edib. Səfər zamanı ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanıb. Bu bəyanat Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Çinə səfərinin beşinci günündə, gürcü siyasətçinin Çində keçirilən 31-ci Çenqdu FİSU Ümumdünya Universitet Oyunlarının açılış mərasimində iştirak etdiyi zaman verilib. Çində Qaribaşvili Çin prezidenti Si Cinpin, eləcə də Çinin baş naziri Li Qianqla görüşüb.
Qaribaşvili həmçinin Çinin Ukraynadakı münaqişədə mövqeyini ağıllı adlandırıb və gürcüləri ABŞ və Çinlə vizasız rejimə çağırıb.