Bütün ölkələr hər hansı bir dövlətin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə qarşı hərəkətlərdən çəkinməlidirlər.
xeberaz.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bazar günü G20 liderlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı bəyanatını müdafiə edib və rəsmi Kiyev bundan məyus olduğunu bildirib.
“European Pravda” xəbər verir ki, bu barədə Blinken CNN telekanalına müsahibəsində danışıb.
Böyük iyirmilik ölkələri bu bəyanatda ərazi bütövlüyünün, suverenliyinin vacibliyini müdafiə etdilər – və bu, çox başa düşüləndir, – Blinken belə bildirib.
Rusiya təcavüzünün nəticələri G20-də və bütün inkişaf etməkdə olan dünyada hiss olunur, – Blinken əlavə edib. O, G20-nin bir araya gəlməsinin vacibliyini vurğulayıb.
Qrupun hazırkı bəyannaməsində Rusiya təcavüzkar kimi göstərilməsə də, bildirilir ki, bütün ölkələr hər hansı bir dövlətin ərazi bütövlüyü və suverenliyinə və ya siyasi müstəqilliyinə qarşı hərəkətlərdən çəkinməlidirlər.
Bəyannamənin mətni üzrə danışıqlara Rusiyanın xarici işlər naziri Sergey Lavrov cəlb edilib və bu, onun yekun variantına gətirib çıxarıb.
Razılaşdırılmış bəyanatda Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda nüvə silahından istifadənin yolverilməzliyi qeyd edilib.
Həmçinin G20 toplantısının iştirakçıları Rusiyanın qarşısını aldığı Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsinə çağırıblar.