Türkiyə BMT-dən Rusiyaya taxıl sazişi ilə bağlı daha bir məktub göndərməsini xahiş edəcək.
xeberaz.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşdən Rusiyaya taxıl sazişi ilə bağlı təkliflərlə daha bir məktub göndərməsini xahiş edəcəyini bildirib.
Bundan əvvəl Quterreş Rusiya tərəfinə taxıl sazişi ilə bağlı məktub göndərmişdi. Bizim tərəfimizdən ondan ikinci məktubu göndərməsi xahiş olunacaq. Məktub sığorta və SWIFT-ə aid olacaq. Və bu məsələnin inkişafına təkan verə bilər. Biz isə mövzunu izləyəcəyik, – Ərdoğan G20 sammitinin keçirildiyi Yeni Dehlidə mətbuat konfransında belə bildirib.
O, həmçinin qeyd edib ki, taxıl müqaviləsinin bərpa olunacağına hələ ümidini itirməyib.