Macarıstan nüvə reaktorlarını Fransa yanacağına keçirməyi planlaşdırır.
xeberaz.info xəbər verir ki, Macarıstan hökuməti gələcəkdə Rusiyadan enerji asılılığını azaltmaq üçün Paks AES-in fəaliyyətini Fransanın nüvə yanacağına keçirmək niyyətindədir. Telex internet nəşrinin məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Macarıstan Vətəndaş Forumunun iştirakçıları ilə görüşdə çıxışı zamanı deyib.
Şənbə günü Balaton gölünün yaxınlığındakı Köttse kurort şəhərində baş tutan tədbirdə Telex baş nazirin çıxışının məzmununu öz mənbələrindən öyrənib.. Hökumətin qarşıdakı illər üçün hədəflərini sadalayarkən, Orban xüsusilə qeyd edib ki, bunlara enerji ilə özünü təmin etmək, o cümlədən Paks AES-ni rus yanacağı ilə deyil, Fransız yanacağı ilə işlətmək daxildir.