Ən son xəbərlər:

11.09.2023/05:23/ G20 sammitləri beynəlxalq iqtisadi əməkdaşlıq forumlarıdır

G20 sammitləri beynəlxalq iqtisadi əməkdaşlıq forumlarıdır.

xeberaz.info xəbər verir ki, İyirmilik Qrupunun (G20) liderləri bildiriblər ki, G20 sammitləri geosiyasi problemlərin həlli üçün platforma deyil. Bu barədə Hindistanda baş tutan görüşün yekun bəyannaməsində belə deyilir.

G20 geosiyasi problemlərin həlli üçün platforma olmasa da. bu sammitlər beynəlxalq iqtisadi əməkdaşlıq forumudur, biz bu problemlərin qlobal iqtisadiyyat üçün ciddi nəticələri ola biləcəyini qəbul edirik, – sənəddə belə deyilir

G20 növbəti üç sammitinin keçiriləcəyi yerləri də açıqlanıb.

G20-nin növbəti sammitləri Braziliya, Cənubi Afrika və ABŞ-da keçiriləcək. Bu barədə Hindistanda baş tutan görüşün yekun bəyannaməsində bildirilib.

Sammit iştirakçıları 2024-cü ildə Braziliyada,  2025-ci ildə Cənubi Afrikada, 2026-cı ildə isə ABŞ-da yeni dövrün başlanğıcında yenidən görüşməyi səbirsizliklə gözlədiklərini bildiriblər, sənəddə belə qeyd edilir.