Azərbaycan ərazilərindən çıxarılmayan Ermənistanın silahlı qüvvələri regionda sülh və təhlükəsizliyə əsas təhdiddir.
xeberaz.info xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim telefon danışığında Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Bayramov Ermənistanı və Qarabağda separatçı qurumun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatları artırmaqda ittiham edib. Onun sözlərinə görə, öhdəliklərini pozaraq hələ də Azərbaycan ərazilərindən çıxarılmayan Ermənistanın silahlı qüvvələri regionda sülh və təhlükəsizliyə əsas təhdiddir.
Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasının və separatçı rejimin ləğvinin zəruri olduğunu vurğulayıb, – Azərbaycan XİN-dən belə bildiriblər.