Mərakeşdə zəlzələ nəticəsində ölənlərin və xəsarət alanların sayı açıqlandı.
xeberaz.info xəbər verir ki, Mərakeşdə cümə günündən şənbəyə keçən gecə baş verən güclü zəlzələ nəticəsində mindən çox insan həlak olub, 1,2 mindən çox insan yaralanıb. Zəlzələnin episentri Mərakeşdən 80 km cənub-qərbdə yerləşən İgil kommunasında olub.
Mərakeş və Aqadirdə binalara dəyən ziyan qeydə alınıb. Ölkənin cənubunda yerləşən bir neçə böyük şəhərin sakinləri təkanlardan qorxaraq gecəni küçələrdə keçiriblər.