Avstraliyadakı Chevron LNG zavodlarında tətillərə görə Avropada qazın qiyməti artıb.
xeberaz.info xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, cümə günü birja ticarətinin açılışında Avropada qazın qiyməti Avstraliyadakı Chevron LNG zavodlarında cümə günü tətillərin başlaması xəbəri fonunda 8,4% bahalaşıb.
Hollandiyadakı TTF qovşağında oktyabr fyuçerslərinin dəyəri 1 min kubmetr üçün 394 dollara qədər artıb.
Bundan əvvəl Avstraliyanın qaz hasilatı və qaz emalı sənayesi işçilərini birləşdirən Dəniz həmkarlar ittifaqı alyansı sentyabrın 8-i, cümə günü səhər saat 08-də Chevron neft və qaz şirkətinin iki LNG zavodunda işçilərin tətilinə başladığını elan edib. Bu, Chevron administrasiyası ilə əmək haqqı və iş şəraiti ilə bağlı uğursuz danışıqlardan sonra baş verib.