Ən son xəbərlər:

08.09.2023/15:23/ G20 sammitinin yekun bəyannaməsi ilə bağlı razılığın əldə olunmasını proqnozlaşdırmaq çətindir

G20 sammitinin yekun bəyannaməsi ilə bağlı razılığın əldə olunmasını proqnozlaşdırmaq çətindir.

xeberaz.info xəbər verir ki, İyirmilik Qrupu (G20) sammitinin yekun bəyannaməsi ilə bağlı müzakirələr hələ də davam edir və razılığın əldə olunmasını proqnozlaşdırmaq hələ də çətindir. Bunu Avropa Şurasının rəhbəri Çarlz Mişel İyirmilik Qrupunun (G20) sammitindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Bəyannamə üzrə razılığın əldə olunmasının mümkün olub-olmayacağını proqnozlaşdırmaq çətindir. Mişel xatırladıb ki, G20-nin sonuncu iclasında uğur qazandıq, bizim ümumi bəyanatımız, bəyannaməmiz var idi, – deyən Mişel etiraf etdi ki, öz müşahidələrinə görə, bu gün bəzi ölkələr üçün açıq-aşkar qınama mövqeyi ilə razılaşmaq daha çətin görünür.

Biz hələ də danışıqlar aparırıq, – deyən Mişel, indi danışıqların gedişatını çətinləşdirə biləcək hər hansı açıqlama vermək istəmədiyini bildirib.